Debütant mövsümə qələbə ilə başladı - FOTO 

Debütant mövsümə qələbə ilə başladı - FOTO 

Hazırda oxunan: Debütant mövsümə qələbə ilə başladı - FOTO 

165004

Bu gün GİN-nin Voleybol Mərkəzində qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyun keçirilib.  

Bizim.Media xəbər verir ki, UNEC ölkə birinciliyində ilk dəfə çıxış edən "Milli Aviasiya Akademiyası" komandası ilə qarşılaşıb.   

Oyun debütantın üstünlüyü ilə keçib. İlk setdə 25:16 hesabı ilə qalib gələn akademiya komandası növbəti hissələrdə də rəqibindən üstün oyun göstərib və meydançadan 3:0 hesablı qələbə ilə ayrılıb.   
Qeyd edək ki, çempionatda növbəti qarşılaşma noyabrın 21-də Gəncə şəhərində “Gəncə” və “Murov Az Terminal” komandaları arasında olacaq. 



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO