Avropa Çempionatı: 2 boksçumuz final görüşünə ÇIXACAQ 

Avropa Çempionatı: 2 boksçumuz final görüşünə ÇIXACAQ 

Hazırda oxunan: Avropa Çempionatı: 2 boksçumuz final görüşünə ÇIXACAQ 

164936

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın iki idmançısı finala yüksəlib, üçü bürünc medal qazanıb. 

Bizim.Media xəbər verir ki, Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşi 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesabı ilə üstələyib. 

Avropa çempionumuz ardıcıl ikinci dəfə qitə birinciliyində finala yüksəlib. N.Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. O, finala gedən yolda Rafiq Əmirxanovu (Rusiya) məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28). 
Yarımfinalda rəqiblərinə uduzan Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) isə Avropa çempionatının bürünc mükafatına yiyələniblər. 

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO