7 noyabr Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun açılış oyunu və günün ikinci oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, açılış oyununda Xaçmaz təmsilçisi "NTD-INDIGO", "Xəzri" klubu ilə qarşılaşıb.
Oyuna üstün başlayan "NTD-INDIGO" yekunda rəqibi üzərində 86-71 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular: "NTD-INDIGO" (Brendon Votkins - 22 xal, 11 ribaund), "Xəzri" (Ceremi Maklaflin - 17 xal, 4 ribaund)
Günün ikinci oyununu izləyənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbov və onun müvani Mariana Vasileva, həmçinin "Neftçi" futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev də olub.
Qarşılaşmaya üstün başlayan "Neftçi", ev sahibi üzərində 90-73 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Smit Roderik - 22 xal, 9 ribaund ), "Neftçi" (Kamran Məmmədov - 21 xal, 4 asist)
Qeyd edək ki, 4 -cü turun növbəti oyunları ("Gəncə" - "Xırdalan", "Şəki" - "Cəlilabad", "Sabah" - "Sərhədçi") 18 və 19 noyabr tarixlərində baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:33 / 17.11.2023
“Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO
Hazırda oxunan: “Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO
Hazırda oxunan: “Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO
164893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.