Azərbaycan U-21 millisi Latviyaya qalib gəldi

Azərbaycan U-21 millisi Latviyaya qalib gəldi

Hazırda oxunan: Azərbaycan U-21 millisi Latviyaya qalib gəldi

164876

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. 

Bizim.Media xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda “Dalğa Arena”da Latviya U-21-lə qarşılaşıb.  

Matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 32-ci dəqiqədə Camal Cəfərov vurub. 

Qeyd edək ki, Samir Əliyevin komandası Avropa çempionatının seçmə mərhələsində noyabrın 21-də Ukrayna ilə qarşılaşacaq. Oyun İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. 
18:00. Azərbaycan - Latviya - 1:0 

Qol: Camal Cəfərov, 32 

Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Rasim Axundov, Şamil İmanzadə 

“Dalğa Arena” 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO