5 boksçumuz Avropa çempionatının YARIMFİNALINDA  

5 boksçumuz Avropa çempionatının YARIMFİNALINDA  

Hazırda oxunan: 5 boksçumuz Avropa çempionatının YARIMFİNALINDA  

164765

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsi başa çatıb.  

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin daha 4 idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib. 

Yığma üzvlərindən Tural Sarıyev (48 kq) Padraiq Dovneylə (İrlandiya) qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:27, 30:26, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Muşeq Bayanduryanla (Rusiya) döyüşəcək. 
Nicat Hüseynov (51 kq) da növbəti qələbəsini qazanıb. Avropa çempionumuz bu dəfə italiyalı Fares Al-Assini mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:25, 30:27). Hüseynov finala gedən yolda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirəcək. 

57 kq çəkidə Əzrək Bəbirov 1/4 finalda irlandiyalı Pears Keri ilə qarşılaşıb. Döyüş yığma üzvünün 5:0 (28:27, 29:26, 29:26, 29:26, 29:26) hesablı qələbəsi ilə başa çatıb. Bəbirov növbəti görüşündə Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gələcək. 

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev (80 kq) Delil Dadayevi (Almaniya) sınağa çəkib. Döyüş həmyerlimizin 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinalda fransalı Yojerlin Sesarla gücünü yoxlayacaq. 
Bununla da yarımfinala vəsiqə qazanan və özləri üçün ən azı bürünc medalı təmin edən boksçularımızın sayı 5-ə yüksəlib. Daha öncə Marjona Savriyeva (50 kq) da bu hüquqa yiyələnib. 

Digər boksçularımızdan Ruslan Qədirovla (54 kq) Maqsud Xasmetov (60 kq) isə medalın 1 addımlığında – 1/4 finalda məğlubiyyətə üzülüblər. 

Qeyd edək ki, yarımfinal görüşləri bu gün keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO