De Byazi 4 futbolçunu millidən KƏNARLAŞDIRDI 

De Byazi 4 futbolçunu millidən KƏNARLAŞDIRDI 

Hazırda oxunan: De Byazi 4 futbolçunu millidən KƏNARLAŞDIRDI 

164667

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Bakıda İsveç seçməsini qəbul edəcək.  

Bizim.Media xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi qarşılaşma üçün 23 nəfərlik heyəti müəyyənləşdirib.  

İtaliyalı mütəxəssis 27 nəfərlik geniş heyətdə yer alan 4 futbolunun adını İsveçlə görüşün heyətindən kənarlaşdırıb.  
Bunlar Rüstəm Əhmədzadə ("Zirə), Səbuhi Abdullazadə ("Sumqayıt"), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan) və Emil Səfərovdur ("Qəbələ)".  

Qeyd edək ki, Azərbaycan - İsveç qarşılaşması bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.  

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO