“Azərreyl” Çelenc Kubokunda mübarizəni DAYANDIRDI  

“Azərreyl” Çelenc Kubokunda mübarizəni DAYANDIRDI  

Hazırda oxunan: “Azərreyl” Çelenc Kubokunda mübarizəni DAYANDIRDI  

164625

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti oyununu keçirib.  

Bizim.Media xəbər verir ki, Cengiz Akarçeşmənin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olub.  

Qarşılaşma rəqibin 3:0 (25:20, 25:23, 25:17) hesablı qələbəsi ilə bitib. 
Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazansa da, mübarizəni dayandırmalı olub. 

“Azərreyl” əvvəlki raundda Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırmışdı. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO