“Gəncə” klubunda AYRILIQ  

Hazırda oxunan: “Gəncə” klubunda AYRILIQ  

164514

"Gəncə" basketbol klubu legioneri ilə vidalaşıb.  

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Neyton Sprinqslə yollarını ayırıb.  

O, mövsüm öncəsi məşqdə ağır zədələnib və çempionatda heç bir oyunda meydana çıxmayıb.  

Amerikalı basketbolçunun müalicə prosesi uzun müddət çəkəcəyindən vətəninə yollanmaq məcburiyyətində qalıb. Bu səbəbdən müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.  

Qeyd edək ki, “Gəncə” Azərbaycan Basketbol Liqasında 3 turdan sonra qələbə qazanmayıb. Bölgə təmsilçisi turnir cədvəlində sonuncudur. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO