Kişi şahmatçılarımız uduzdu, qadınlar HEÇ-HEÇƏ ETDİ  

Kişi şahmatçılarımız uduzdu, qadınlar HEÇ-HEÇƏ ETDİ  

Hazırda oxunan: Kişi şahmatçılarımız uduzdu, qadınlar HEÇ-HEÇƏ ETDİ  

164440

Monteneqronun Budva şəhərində şahmat üzrə komandalararası Avropa çempionatının 4-cü turu şahmatçılarımız üçün uğursuz olub.  

Bizim.Media xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadınlarımız Fransa ilə qarşılaşıb.  

Kişilərdən ibarət yığmamızda Teymur Rəcəbov və Nicat Abasovun görüşlərini məğlubiyyətlə başa vurması ümumi nəticəyə təsir edib. Bu amil komandanın turu xalsız başa vurması ilə nəticlənib.  

Yığmamız 4-cü turda ikinci dəfə uduzub. Hazırda komandamız 4 xalla 15-ci yerdə gedir.  

Qadın şahmatçıların mübarizəsində liderlər üz-üzə gəliblər. İlk üç turda maksimum nəticə göstərən Azərbaycan və Fransa milliləri qalibi müəyyənləşdirə bilməyiblər. Tərəflər bir qələbə, iki heç-heçəyə razı olublar. Hazırda millimiz 7 xalla Almaniya və Fransa ilə liderliyi bölüşür. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO