Millimiz İsveçlə oyunun hazırlığına BAŞLADI 

Millimiz İsveçlə oyunun hazırlığına BAŞLADI 

Hazırda oxunan: Millimiz İsveçlə oyunun hazırlığına BAŞLADI 

164190

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç (16 noyabr) və Belçikaya (19 noyabr) qarşı keçiriləcək oyunların hazırlığına başlayıb.  

Bizim.Media xəbər verir ki, saat 15:00-da futbolçular Azərbaycan milli komandasının “Dalğa Arena”dakı bazasında təlim-məşq toplanışına başlayacaqlar. 

Komanda həmin stadionda ilk məşqinə çıxacaq. 

Millimiz sabaha qədər tam heyətlə hazırlaşmayacaq. Belə ki, Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı və Mahir Emreli yalnız bu gün axşam saatlarında millinin düşərgəsinə qoşulacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO