Şahmatçılarımızdan Avropa çempionatında növbəti QƏLƏBƏ - FOTO 

Şahmatçılarımızdan Avropa çempionatında növbəti QƏLƏBƏ - FOTO 

Hazırda oxunan: Şahmatçılarımızdan Avropa çempionatında növbəti QƏLƏBƏ - FOTO 

164121

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında  II turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, birinci turda Danimarkaya uduzan kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə Slovakiya ilə üz-üzə gəlib. 

Millimiz 2,5-1,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Rauf Məmmədov Viktor Qaziki məğlub edib, Teymur Rəcəbov, Nicat Abasov və Vasif Durarbəyli isə heç-heçə oynayıb. 

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə itkisiz irəliləyir. Startda Sloveniyanı məğlub edən milli hesabat turunda Niderland şahmatçılarını üstələyib 2,5-1,5. Şahmatçılardan Günay Məmmədzadə heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Gülnar Məmmədova qələbə qazanıb. Gövhər Beydullayeva isə məğlub olub.  
Qeyd edək ki, bu gün Avropa çempionatında III turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsveç, qadın şahmatçılar isə Polşa ilə qarşılaşacaq.






Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO