İki boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI  

İki boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI  

Hazırda oxunan: İki boksçumuz Avropa çempionatına qələbə ilə BAŞLADI  

164115

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. 

Bizim.Media Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 57 kq çəkidə Əzrək Bəbirov Ariol Zeneli (Albaniya) ilə gücünü yoxlayıb. 

1/8 final çərçivəsində baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bəbirov rəqibini 5:0 (30:27, 30:26, 30:27, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Pears Keri ilə qarşılaşacaq. Görüş noyabrın 16-da olacaq. 

Cəlal Qurbanov (63,5 kq) da Avropa çempionatın qələbə ilə başlayıb. O, 1/16 finalda Bartlomey Roskovijlə (Polşa) döyüşüb və mərhələ adlayıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Qurbanov ikinci görüşünü noyabrın 14-də Aleksey Sendrikə (Serbiya) qarşı keçirəcək. 
Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 7 boksçusu mübarizəyə qoşulacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO