Basketbol millimizdə maraqlı olay – Ana ilə övlad eyni anda meydana çıxdı

Basketbol millimizdə maraqlı olay – Ana ilə övlad eyni anda meydana çıxdı

Hazırda oxunan: Basketbol millimizdə maraqlı olay – Ana ilə övlad eyni anda meydana çıxdı

164055

Azərbaycan qadın basketbolu tarixində ilk dəfə olaraq bir matçda ana və qız eyni vaxtda meydançaya çıxıblar. 

Bizim.Media xəbər verir ki, Avropa çempionatının (EUROBASKET 2025) seçmə mərhələsinin C qrupunda baş tutmuş Azərbaycan və Belçika milliləri arasında keçirilən oyunda (28:136) Tatyana Deniskina və qızı Ancelina İsmayılova eyni anda parket üzərində olublar. 

Ana və qız Litva millisinə qarşı oyunda da, meydançada birlikdə mübarizə aparmışdılar. 
Qeyd edək ki, Ancelina İsmayılova U-16 Azərbaycan milli komandasının tərkibində qızlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun qalibidir..


Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO