Cüdoçumuz Avstraliyada qızıl medal QAZANDI - FOTO

Cüdoçumuz Avstraliyada qızıl medal QAZANDI - FOTO

Hazırda oxunan: Cüdoçumuz Avstraliyada qızıl medal QAZANDI - FOTO

163927

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən Açıq Okeaniya turnirində qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb.

İlk qarşılaşmada braziliyalı Asis Qustavaya qalib gələn M. Fətiyev növbəti görüşlərdə belçikalı Sami Kouc və Böyük Britaniya təmsilçisi Camal Petqravı üstələyərək adını finala yazdırıb.

Həlledici qarşılaşmada estoniyalı Kalyulayd Klen Kristoferi məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin üzvü Aydan Vəliyeva (52 kiloqram) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yarışda 64 ölkədən 299 idmançı qüvvəsini sınayıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO