Azərbaycanı dünya birinciliyində təmsil edəcək şahmatçılar bəlli OLDU 

Azərbaycanı dünya birinciliyində təmsil edəcək şahmatçılar bəlli OLDU 

Hazırda oxunan: Azərbaycanı dünya birinciliyində təmsil edəcək şahmatçılar bəlli OLDU 

163925

Noyabrın 13-də İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşlı qız və oğlan şahmatçılar arasında dünya birinciliyinə start veriləcək.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mötəbər yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.

Dünya birinciliyində Azərbaycanı Şiroğlan Talıbov, Aqil İsrailov, Hüseyn Seyid, Rüstəm Rüstəmov, Tunar Davudov, Ziya Həsənli, Ayan Allahverdiyeva, Səmra Qasımova, Nurtən Nuriyeva, Selcan İsmayıl, Lalə Hüseynova təmsil edəcəklər.
Azərbaycan şahmatçılarından ibarət komandaya məşqçi Fərid Abbasov rəhbərlik edir.

Qeyd edək ki, yarışa noyabrın 25-də yekun vurulacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO