Cüdoçumuz Açıq Okeaniya turnirində bürünc medal qazandı

Cüdoçumuz Açıq Okeaniya turnirində bürünc medal qazandı

Hazırda oxunan: Cüdoçumuz Açıq Okeaniya turnirində bürünc medal qazandı

163889

10 noyabrda Avstraliyanın Pert şəhərində keçirilən cüdo üzrə Açıq Okeaniya turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 bürünc medal qazanıblar.

Bizim Media xəbər verir ki, yarışın ilk günündə qadınlar və kişilər arasında 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar.

Qadınlar arasında -52 kq çəki dərəcəsində Aydan Vəliyeva yarışın bürünc medalını qazanıb.

Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Gültac Məmmədəliyeva 5-ci yerə çıxıb. -57 kq çəkidə Fidan Əlizadə yarışı 7-ci yerdə tamamlayıb. Kişilər arasında -73 kq çəkidə Nurlan Osmanov 7-ci yerdə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO