“Xəzri”dən növbəti qələbə

“Xəzri”dən növbəti qələbə

Hazırda oxunan: “Xəzri”dən növbəti qələbə

163515

Azərbaycan Basketbol Liqasında 3-cü tur başlayıb. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olub. Cəlilabad Olimpiya İdman Kompleksində paytaxt klubu "Xəzri", səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb. 

Oyuna üstün başlayan debütant "Xəzri" yekunda rəqib üzərində 89-79 hesablı qələbəyə sevinib. 

Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Rişon Conson - 27 xal, 7 ribaund), "Xəzri" (Amil Həmzəyev - 20 xal, 10 ribaund). 

Bununla da ardıcıl 3-cü oyununda da qələbə qazanan komanda çempionatın liderinə çevrilib. 

Qeyd edək ki, üçüncü turun növbəti oyunları ("NTD-INDIGO" - "Gəncə", "Sərhədçi" - "Sumqayıt", "Neftçi" - "Şəki", "Xırdalan" - "Sabah") 9, 10 və 11 noyabr tarixində baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO