“Sabah” Montoneqro klubu ilə qarşılaşır

“Sabah” Montoneqro klubu ilə qarşılaşır

Hazırda oxunan: “Sabah” Montoneqro klubu ilə qarşılaşır

163513

“Sabah” basketbol klubu bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək. 

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi dördüncü matçında Monteneqro klubu “Mornar”ı qəbul edəcək. “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq görüşə saat 19:00-da start veriləcək.

“Sabah” qrup mərhələsində keçirdiyi ilk üç oyununda müvafiq olaraq Monteneqro “Mornar”ına (75:80), Türkiyə “Bağçaşəhər”inə (65:83) və Çexiya “Nimburk”una 61:95 hesabı ilə məğlub olub. Hazırda Azərbaycan çempionu 3 xalla D qrupunda sonuncu pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO