Mahmud Qurbanov “Kəpəz”in baş məşqçisi OLACAQ? 

Mahmud Qurbanov “Kəpəz”in baş məşqçisi OLACAQ? 

Hazırda oxunan: Mahmud Qurbanov “Kəpəz”in baş məşqçisi OLACAQ? 

163150

Azər Məmmədovun istefa verməsindən sonra “Kəpəz”in yeni baş məşqçisinin adına hələ ki, aydınlıq gətirilməyib.  

Bizim.Media xəbər verir ki, namizədlər arasında Mahmud Qurbanovun da adı var.  

Belə ki, “Kəpəz”in sabiq futbolçusu və baş məşqçisi yenidən doğma klubunu çalışdıra bilər. Amma o, yeganə namizəd deyil. Belə ki, xeyli sayda məşqçi Gəncə klubuna təklif edilib. 

Yaxın günlərdə rəhbərlik yeni baş məşqçi məsələsində qərarını verəcək. Rəhbərliyin Qurbanova güvənmək istədiyi iddia olunur. 

Qeyd edək ki, 2012/2013 mövsümündə Mahmud Qurbanov "Kəpəz"də baş məşqçi kimi işləyib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO