Qazaxıstanın Türkistan vilayətində keçirilən ll Türk Dövlətləri Universiadasında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları məlum olub.
Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu gün keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Ramilə Əliyeva və sərbəst güləşçi Vasif Bağırov daşıyacaqlar.
V. Bağırov yeniyetmələr arasında dünya və Avropa birincisi, R. Əliyeva isə Avropa və ölkə ikincisi olub.
Qeyd edək ki, Azərbaycan noyabrın 9-dək davam edəcək yarışda 4 idman növündə - stolüstü tennis (6 nəfər), cüdo (13 nəfər), yunan-Roma güləşi (10 nəfər) və sərbəst güləş (9 nəfər) üzrə ümumilikdə 38 idmançı ilə təmsil olunur.
İlk Türk Dövlətləri Universiadası 2018-ci ildə Bakıda keçirilib.
Bizim.Media
![Azərbaycanın ll Türk Dövlətləri Universiadasındakı bayraqdarları bəlli oldu - FOTO Azərbaycanın ll Türk Dövlətləri Universiadasındakı bayraqdarları bəlli oldu - FOTO](https://bizim.media/file/articles/2023/11/06/1699264318_1.jpg)
- A-
- A
- A+
İdman
13:45 / 06.11.2023
Azərbaycanın ll Türk Dövlətləri Universiadasındakı bayraqdarları bəlli oldu - FOTO
Hazırda oxunan: Azərbaycanın ll Türk Dövlətləri Universiadasındakı bayraqdarları bəlli oldu - FOTO
Hazırda oxunan: Azərbaycanın ll Türk Dövlətləri Universiadasındakı bayraqdarları bəlli oldu - FOTO
163129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.