Azərbaycanlı ata və oğul Türkiyədəki triatlon yarışının qalibi oldu - FOTO

Azərbaycanlı ata və oğul Türkiyədəki triatlon yarışının qalibi oldu - FOTO

Hazırda oxunan: Azərbaycanlı ata və oğul Türkiyədəki triatlon yarışının qalibi oldu - FOTO

163105

Türkiyənin Bələk şəhərində rəsmi “Ironman” seriyası çərçivəsində triatlon üzrə növbəti yarış baş tutub.

Bizim.Media xəbər verir ki, ölkəmizdən bu yarışda ən geniş heyətlə “Triterra Baku Triathlon” klubu iştirak edib.  

Klubu təmsil edən 11 iştirakçının hamısı məsafəni uğurla başa vuraraq, hədəflədikləri nəticəyə nail olub.

Azərbaycan triatlon idmanı tarixində ilk dəfə olaraq, ölkəmizi təmsil edən ata və oğul-Fəxri və Qüdrət Əkbərovlar bir estafet cütlüyü olaraq beynəlxalq triatlon yarışında mübarizə aparıb. Bu tandem yüksək əzm tələb edən davamlı məşqlər edərək, bir-birlərini daha böyük nailliyətlərə və bacarıq sərhədlərini genişləndirməyə ruhlandırıb. Artıq dəmir məsafəni qət edən ata üçün, oğlu ilə birlikdə bu yarışda iştirak etmək böyük məqsəd, oğul üçün isə atasının nümunəsindən ilham almaq idi. 

Klubun baş məşqçisi Aleksandr Mordasov ata-oğulun eyni yarışda iştirakını belə dəyərləndirib:

Klubun əsas vəzifəsi bu idman növünü nəsillərə ötürməkdir, məhz buna görə də ölkəmizdə "dəmir insanlar" hərəkatı  yaradılıb. Bu hadisə onların hər ikisi üçün şəxsi qələbədən əlavə, möhkəm ailə bağı, birlik və əsl miras simvolu idi. Onlar bir daha sübut etdilər ki, məhz ailə böyük məqsədlərə çatmaqda ilham və dəstək mənbəyidir”.  

Qeyd edək ki,  “Ironman” yarışı idman aləminin ən ciddi və həyəcanverici növlərindən biridir və üç fərqli fənni özündə birləşdirir: açıq suda üzgüçülük, uzun məsafəli velosiped sürmək və marafon qaçışı. İştirakçılar nəhəng fiziki və psixoloji çətinliklərin öhdəsindən gələrək təkcə rəqibləri ilə deyil, həm də özləri ilə yarışırlar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO