Cüdo millimiz Avropa ikincisi OLDU  

Cüdo millimiz Avropa ikincisi OLDU  

Hazırda oxunan: Cüdo millimiz Avropa ikincisi OLDU  

163074

Monpelyedə keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb.  

Bizim.Media xəbər verir ki, Azərbaycan yığması turniri iki qızıl medalla başa vurub.  

Milli komandanın heyətində Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.  
Nəticədə Azərbaycan komandası ümumi hesabda Avropa çempionatını 2-ci pillədə başa vurub.

Siyahıya Fransa (5-0-4) başçılıq edib. Serbiya (1-1-0) üçüncü yeri tutub. Gürcüstan yığması (0-4-0) dörd finalı məğlubiyyətlə başa vurub. Qeyd edək ki, Avropa çempionatında 28 ölkənin idmançıları medal qazanıblar. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO