"Mançester Siti"dən darmadağın

Hazırda oxunan: "Mançester Siti"dən darmadağın

162952

"Mançester Siti" İngiltərə Premyer Liqasında 11-ci tur oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, komanda "Bornmut"u qəbul edib və 6:1 hesabı ilə qalib gəlib. 
"Mançester Siti" - "Bornmut" - 6:1 

Qollar: Doku, 30 (1:0), Silva, 33 (2:0), Akanci, 37 (3:0), Foden, 64 (4:0), Sinisterra, 74 (4:1), Silva, 83 (5:1), Ake, 88 (6:1) 

Bu qələbə ilə xalını 27-ə (11 oyun) çatdıran Pep Qvardiolanın baş məşqçisi olduğu komanda turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 26 xalla (10 oyun) 2-ci pillədə yer alan "Tottenhem" noyabrın 6-ı "Çelsi"yə qalib gəlsə, liderliyi bərpa edəcək. "Arsenal" 24 xalla (10 oyun) 3-cüdür. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO