Avropa Çempionatı: Bu gün 3 cüdoçumuz mübarizə aparacaq

Avropa Çempionatı: Bu gün 3 cüdoçumuz mübarizə aparacaq

Hazırda oxunan: Avropa Çempionatı: Bu gün 3 cüdoçumuz mübarizə aparacaq

162877

Fransanın Monpelye şəhərində keçirilən Avropa Çempionatı davam edir.  

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.

Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov və Rəşid Məmmədəliyev güclərini sınayacaqlar. Həmçinin Zelim Tçkayev (81 kq) tatamiyə çıxacaq. 

Hidayət Heydərov 1/16 finalda Abdul Malik Umayevlə (Belçika) qarşılaşacaq. Rəşid Məmmədəliyev 1/32 finalda Finlandiya təmsilçisi Turpal Coukayevlə üz-üzə gələcək. Zelim Tçkayev isə 1/32 finalda Finlandiyanın digər təmsilçisi Oskari Makinenin ilə güclərini sınayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO