Premyer Liqa: “Qarabağ” “Kəpəz”lə, Sumqayıt” “Araz Naxçıvan”la qarşılaşır

Premyer Liqa: “Qarabağ” “Kəpəz”lə, Sumqayıt” “Araz Naxçıvan”la qarşılaşır

Hazırda oxunan: Premyer Liqa: “Qarabağ” “Kəpəz”lə, Sumqayıt” “Araz Naxçıvan”la qarşılaşır

162841

Misli Premyer Liqasında 12-ci turun oyunları keçirilir.  

Bizim.Media xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.  

Əvvəlcə “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Ağdam klubu qələbə qazanmaqla liderliyi ələ keçirə bilər.  

Günün digər matçı “Sumqayıt” “Araz-Naxçıvan” arasında baş tutacaq.  

Qeyd edək ki, turun ilk oyununda “Səbail” “Turan Tovuz”a qalib gəlib. “Qəbələ” – “Neftçi” və “Sabah”– “Zirə” matçları isə sabah keçiriləcək. 

Misli Premyer Liqası 

12-ci tur 

4 noyabr 

“Qarabağ” – “Kəpəz” 

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə 

Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00 

“Sumqayıt” – “Araz-Naxçıvan” 

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev 

“Kapital Bank Arena”, 18:00. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO