Messi karyerasında ən yaddaqalan qolunu açıqladı - VİDEO

Hazırda oxunan: Messi karyerasında ən yaddaqalan qolunu açıqladı - VİDEO

162531

ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 2011-ci ildə Çempionlar Liqasının yarımfinalında "Barselona"nın heyətində "Real"a vurduğu qolun karyerasında ən yaddaqalan olduğunu deyib.

Bizim.Media xəbər verir ki, Messinin sözləri "Qızıl top"un X sosial şəbəkəsindəki hesabında paylaşılıb.

“Mən həmişə deyirəm ki, vacib qollar Çempionlar Liqasının və Dünya Kubokunun finalında vurulan qollardır. Həmişə xatırladığım qol Çempionlar Liqasının yarımfinalında "Real"a 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurduğumuz qoldur”, - Messi qeyd edib.

Oktyabrın 30-da Messi səkkizinci dəfə "Qızıl top"u qazanıb. Argentinalı futbolçu karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO