Azərbaycan bodibildinq yığması dünya çempionatına yollanır

Azərbaycan bodibildinq yığması dünya çempionatına yollanır

Hazırda oxunan: Azərbaycan bodibildinq yığması dünya çempionatına yollanır

162204

Azərbaycanın bodibildinq yığması noyabrın 1-də Santa-Susannada (İspaniya) başlayacaq dünya çempionatına bir gün öncə yola düşəcək.  

Bizim.Media xəbər verir ki, komandada 9 idmançı yer alacaq.  

Kişilərin bədən quruluşu yarışında Əli Qurbanlı, Təbriz Tarıverdiyev, Orxan Qasımlı, əzələli kişilər arasında bədən quruluşu mübarizəsində Zaur Hafizov, Hidayət Məhərrəmli, bodibildinq üzrə Fuad Quluzadə, Nizami Misirov, “Masters”də Yalçın Məmmədov və Vüqar Verdiyev isə çıxış edəcək.

Qeyd edək ki, dünya çempionatı ərəfəsində komanda liderləri bir gün əvvəl “Elektra Events Hall”da keçirilən ölkə kubokunda çıxış ediblər. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO