“Qəbələ”nin “Olimpiakos”la oyunlarının vaxtı MÜƏYYƏNLƏŞDİ 

“Qəbələ”nin “Olimpiakos”la oyunlarının vaxtı MÜƏYYƏNLƏŞDİ 

Hazırda oxunan: “Qəbələ”nin “Olimpiakos”la oyunlarının vaxtı MÜƏYYƏNLƏŞDİ 

162115

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq.  

Görüş saat 16:00-da başlayacaq.  

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində baş tutacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.  
Xatırladaq ki, “Qəbələ” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO