“Qarabağ” bu gün “Araz-Naxçıvan”la qarşılaşacaq

“Qarabağ” bu gün “Araz-Naxçıvan”la qarşılaşacaq

Hazırda oxunan: “Qarabağ” bu gün “Araz-Naxçıvan”la qarşılaşacaq

162078

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son gündə çempion “Qarabağ” meydana çıxacaq.

Ağdam təmsilçisi çempionatın sürpriz komandalarından olan “Araz-Naxçıvan”la qarşılaşacaq.

Qadınlardan ibarət Azərbaycan millisinin Millətlər Liqasındakı matçı “Dalğa Arena”da keçiriləcəyindən, Naxçıvan təmsilçisi rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Bu turda “Zirə” büdrədiyindən, “Qarabağ” qələbə qazanacağı halda vahid liderliyə yüksələcək. Əks təqdirdə isə “Araz-Naxçıvan” ikinci pillədəki rəqibi ilə xal fərqini aradan qaldıracaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO