“Sabah” basketbolçuları çempionata qələbə ilə başladı - FOTO

Hazırda oxunan: “Sabah” basketbolçuları çempionata qələbə ilə başladı - FOTO

162044

Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ilk turunun son oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, paytaxt klubu "Sabah", region təmsilçisi "Gəncə" klubu ilə qarşılaşıb. 

Oyuna üstün başlayan "Sabah" yekunda 115-74 hesablı qələbəyə sevinib. 

Ən məhsuldar basketbolçular: "Gəncə" (Kenyon Dulinq - 21 xal, 1 ribaund), "Sabah" (Artyoms Butyankovs - 24 xal, 7 ribaund). 

Qeyd edək ki, ikinci turun oyunları ("Xəzri" - "Gəncə", "Sumqayıt" - "Xırdalan", "Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi", "Sabah" - "NTD-INDIGO") 1-5 noyabr tarixlərində baş tutacaq.






Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO