Tayson Fyuri rəqibini məğlub etdi

Tayson Fyuri rəqibini məğlub etdi

Hazırda oxunan: Tayson Fyuri rəqibini məğlub etdi

162030

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində peşəkar boks gecəsi təşkil edilib.

Bizim.Media xəbər verir ki, gecənin əsas döyüşündə WBC versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyuri ilə sabiq UFC çempionu Frensis Nqannu ilə qarşılaşıb. Döyüş 10 raund davam edib. 

Fyuri hakimlərin qərarı ilə kamerunlu rəqibini məğlubiyyətə uğradıb. 

Qeyd etmək lazımdır ki, 3-cü raundda Fyuri Nqannunun güclü zərbəsindən sonra nokdauna da düşüb.

Beləliklə, britaniyalı boksçu karyerasında keçirdiyi 35-ci döyüşündə 34-cü qələbəsini qazanıb. Onun yalnız bir döyüşü bərabərliklə başa çatıb.

Frensis Nqannu üçün isə bu döyüş rinqdə debüt olub. Buna qədər o, MMA-da keçirdiyi 20 görüşün 17-də qələbə qazanmışdı. Fyuri növbəti döyüşünü ukraynalı Aleksandr Usiklə keçirə bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO