Millimiz dünya çempionatında ikinci oyununu keçirəcək

Millimiz dünya çempionatında ikinci oyununu keçirəcək

Hazırda oxunan: Millimiz dünya çempionatında ikinci oyununu keçirəcək

162029

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandası bu gün ikinci oyununa çıxacaq. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Misir seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi mundialda keçirdiyi ilk görüşdə İraq yığmasını 2:0 hesabı ilə məğlub edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO