"Turan Tovuz" "Kəpəz"i böyük hesabla MƏĞLUB ETDİ

Hazırda oxunan: "Turan Tovuz" "Kəpəz"i böyük hesabla MƏĞLUB ETDİ

161944

Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Lider "Zirə" 3-cü yerdəki "Səbail"lə heç-heçə edib.  

Bu gün həmçinin Premyer Liqada Qərb derbisi oynanılıb. "Turan Tovuz" "Kəpəz"lə üz-üzə gəlib. Görüşdə "Turan Tovuz" 4:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, tura 29-30 oktyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq. 

28 oktyabr (şənbə) 

19:00. “Turan Tovuz” – “Kəpəz” - 4:0 

Qollar: Otto Con, 45 (1:0), Roderik Miller, 54 (2:0), Sərtan Taşkın, 58 (3:0), Luis Paçu, 67 (4:0) 

Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı 

Tovuz şəhər stadionu 

16:00. “Zirə” – “Səbail” - 2:2 

Qollar: İssa Cibrilla, 19 (1:0), Pedro Nuno, 31 (1:1), 34 (1:2), Rüstəm Əhmədzadə, 78 (2:2) 

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev 

Zirə İK stadionu 

29 oktyabr (bazar) 

16:00. “Sumqayıt” – “Qəbələ” 

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev 

“Kapital Bank Arena” 

18:30. “Neftçi” – “Sabah” 

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev 

“Neftçi Arena” 

30 oktyabr (bazar ertəsi) 

19:00. “Araz-Naxçıvan” – “Qarabağ” 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov 

T.Bəhramov adına Respublika Stadionu 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO