Güləşçimiz dünya 2-cisi oldu

Güləşçimiz dünya 2-cisi oldu

Hazırda oxunan: Güləşçimiz dünya 2-cisi oldu

161833

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, yarışın 4-cü günündə 5 qadın güləşçimiz mübarizəyə qoşulub. 

Əsmər Cankurtaran (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Altın Şaqayevaya məğlub olub - 0:10. 

Jalə Əliyeva (57 kq) ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya "tuş"la qalib gəlib. Əliyeva yarımfinalda kanadalı Mia Frizeni də vaxtından əvvəl xalçadan məyus yola salıb - 10:0. Jalə finalda yaponiyalı Sara Natamiylə güləşib. Açıq mübarizə şəraitində keçən görüşdə rəqibinə 8:18 hesabıyla məğlub olan Əlliyeva dünya ikincisi olub. 

Birgül Soltanova (62 kq) 1/8 finalda Alina Kasabiyevaya uduzub - 0:10. 
Nigar Mirzəzadə (65 kq) 1/8 finalda rusiyalı Amina Tandelovaya məğlub olub - 0:11. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mirzəzadə ukraynalı Yuliya Leskovetsə "tuş"la uduzaraq mübarizəni dayandırıb. 

Mərziyə Sadıqova (72 kq) təsnifat mərhələsində türkiyəli Bukrenaz Sertə uduzub - 3:6. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO