Avropa Liqası: “Fənərbağça” yenə qalib gəldi, Mahirin komandası uduzdu 

Avropa Liqası: “Fənərbağça” yenə qalib gəldi, Mahirin komandası uduzdu 

Hazırda oxunan: Avropa Liqası: “Fənərbağça” yenə qalib gəldi, Mahirin komandası uduzdu 

161742

Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su Plzen “Viktoriya”sını qəbul edib.  

Mahirin ilk 56 dəqiqədə meydanda olduğu qarşılaşma Çexiya təmsilçisinin səfər qələbəsiylə yekunlaşıb. Emreli 19-cu dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.  
Türkiyə təmsilçilərindən “Beşiktaş” Norveçdə “Bodo Qlimt”ə uduzubsa, “Fənərbaxça” “Ludoqorets”lə ev oyunundan inamlı qələbəylə ayrılıb. Bu turun Ukraynanın “Zarya” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçirilməli olan oyunu isə təxirə salınıb. 

Avropa Konfrans Liqası 

Qrup mərhələsi 

26 oktyabr 

A qrupu 

“Klaksvik” (Farer adaları) – “Olimpiya” (Sloveniya) 3:0 

Qollar: Yoensen, 30. Klettskard, 44. Andreasen, 54. 

“Lill” (Fransa) – “Slovan” (Bratislava, Slovakiya) 2:1 

Qollar: Y.Yazıcı, 68. Kabella, 82 – Kavriç, 23. 

Xal: Lill – 7. Slovan – 6. Klaksvik – 4. Olimpiya – 0. 

B qrupu 

“Gent” (Belçika) – “Breydablik” (İslandiya) 5:0 

Qollar: Qandelman, 10. Kuypers, 15; 19. Tissudali, 43. Orban, 69. 

“Makkabi” (Təl-Əviv, İsrail) – “Zarya” (Ukrayna) oyunu təxirə salınıb 

Xal: Gent – 7. Zarya – 4. Makkabi – 3. Breydablik – 0. 

C qrupu 

“Ballkani” (Kosovo) – “Astana” (Qazaxıstan) 1:2 

Qollar: Kuç, 8 – Hovannisyan, 7. Beysebekov, 23. 

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Viktoriya” (Plzen, Çexiya) 0:1 

Qol: Çori, 69. 

Xal: Viktoriya – 9. Dinamo – 3. Ballkani – 3. Astana – 3. 

D qrupu 

“Bodo Qlimt” (Norveç) – “Beşiktaş” (Türkiyə) 3:1 

Qollar: Qronbaek, 29. Mumbaqna, 58. Saltnes, 87 – Moe, 90+1-öz qapısına. 

“Luqano” (İsveçrə) – “Brügge” (Belçika) 1:3 

Qollar: Vladi, 74 – Balanta, 15. Olsen, 50. Vanaken, 87. 

Xal: Brügge – 7. Bodo Qlimt – 4. Luqano – 4. Beşiktaş – 1. 

E qrupu 

“Alkmar” (Niderland) – “Aston Villa” (İngiltərə) 1:4 

Qollar: İ.Sadiq, 65 – Beyli, 13. Tilemans, 23. Uotkins, 51. Makqinn, 56.  

“Zrinski” (Bosniya və Herseqovina) – “Legiya” (Polşa) 1:2 

Qollar: Bilbiya, 30 – Yakovlyeviç, 32-öz qapısına. Kramer, 62. 

Xal: Legiya – 6. Aston Villa – 6. Zrinski – 3. Alkmar – 3. 

F qrupu 

“Genk” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) 0:0 

“Fiorentina” (İtaliya) – “Çukariçki” (Serbiya) 6:0 

Qollar: Beltran, 6; 10. İkone, 29. Sottil, 65. Martines, 73. M.Lopes, 83. 

Xal: Fiorentina – 5. Ferentsvaroş – 5. Gentk – 5. Çukariçki – 0. 

G qrupu 

“Aberdin” (Şotlandiya) – PAOK (Yunanıstan) 2:3 

Qollar: Miovski, 50. Polvara, 58 – Despodov, 73. Vieyrinya, 83. Şvab, 90+6. 

“Ayntraxt” (Almaniya) – HJK (Finlandiya) 6:0 

Qollar: Ebimbe, 12; 89. Kox, 27. Marmuş, 31. Tuta, 45+3. Sxiri, 55. 

Xal: PAOK – 9. Ayntraxt – 6. Aberdin – 1. HJK – 1. 

H qrupu 

“Fənərbaxça” (Türkiyə) – “Ludoqorets” (Bolqarıstan) 3:1 

Qollar: Batşuayi, 42. Zayç, 52; 90+3 – Bekao, 65-öz qapısına. 

“Spartak” (Trnava, Slovakiya) – “Nordsyelland” (Danimarka) 0:2 

Qollar: Yensen, 36. Rasmussen, 48. 

Xal: Fənərbaxça – 9. Nordsyelland – 6. Ludoqorets – 3. Spartak – 0. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO