Fransa Peşəkar Futbol Liqasının nizam-intizam komitəsi “Nitsa”nın müdafiəçisi Yusuf Atalı 7 oyunluq cəzalandırıb.
Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb əlcəzairli futbolçunun sosial şəbəkə hesabında Fələstinə dəstək verməsi olub.
27 yaşlı futbolçu daha sonra paylaşımını silib və üzr istəyib. Buna baxmayaraq, federasiya futbolçunun siyasi şüar səsləndirməkdə günahlandırıb. Onun diskvalifikasiyası oktyabrın 31-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Atal 2018-ci ildən "Nitsa"da çıxış edir. Bu mövsüm o, 6 oyun keçirib və 1 qol vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:29 / 27.10.2023
Futbolçu Fələstini dəstəklədiyi üçün 7 oyunluq cəza aldı
Hazırda oxunan: Futbolçu Fələstini dəstəklədiyi üçün 7 oyunluq cəza aldı
Hazırda oxunan: Futbolçu Fələstini dəstəklədiyi üçün 7 oyunluq cəza aldı
161707
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.