"Bayer" - "Qarabağ" oyunu BAŞLADI

Hazırda oxunan: "Bayer" - "Qarabağ" oyunu BAŞLADI

161694

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü tur oyununa çıxır. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniya "Bayer"i ilə qarşılaşır. 

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Oyunun baş hakimi rumıniyalı Horatiu Feşniçdir. 

Qeyd edək ki, "Qarabağ" keçirdiyi ilk 2 oyunda maksimum nəticə göstərib - 6 xal. Qurban Qurbanovun komandası əvvəlcə "Molde"yə, daha sonra "Hekken"ə qalib gəlib. Eyni uğura "Bayer" də nail olub. Hazırda top fərqinə görə qrupda "Bayer" liderdir, "Qarabağ" isə 2-cidir.  

Avropa Liqası, qrup mərhələsi, 3-cü tur 

23:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Birinci hissə) 

Hakimlər: Horatiu Feşniç, Valentin Avram, Alexandru Cerei, Szabolks Kovaks 

"BayArena". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO