“Qarabağ” - “Bayer” oyununun biletləri satışa çıxarılır - FOTO

“Qarabağ” - “Bayer” oyununun biletləri satışa çıxarılır - FOTO

Hazırda oxunan: “Qarabağ” - “Bayer” oyununun biletləri satışa çıxarılır - FOTO

161667

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununun biletləri sabah satışa çıxarılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. 

Biletlər saat 12:00-dan "iticket.az" da satışda olacaq. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.  

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.  

Satış məntəqələri: 

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); 

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu; 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; 

Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO