Məşhur futbolçumuz karyerasını BAŞA VURDU 

Məşhur futbolçumuz karyerasını BAŞA VURDU 

Hazırda oxunan: Məşhur futbolçumuz karyerasını BAŞA VURDU 

161560

Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Abışov peşəkar karyerasını başa vurub.

Bizim.Media xəbər verir ki, müdafiəçi 36 yaşında futbolla vidalaşıb.  

Təcrübəli oyunçu sosial şəbəkə hesabında video paylaşaraq vidasını açıqlayıb. 
Qeyd edək ki, Ruslan Abışov "Neftçi"nin yetirməsidir. Arxa xətt oyunçusu karyerası ərzində "Rubin" (Rusiya), "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (indiki "Şamaxı") və "Sabah"da çıxış edib. Abışov son mövsümü "Zirə"də keçirib.  

Ruslan Abışov vida paylaşımında bu fikirləri bildirib: 

"Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm! 
Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” formasıyla futbolla və sadiq azarkeşlərlə vidalaşım. Amma qismət deyilmiş.  

Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə - məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm". 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO