"Qarabağ" bu gün səfərdə Almaniya klubu ilə üz-üzə gələcək

Hazırda oxunan: "Qarabağ" bu gün səfərdə Almaniya klubu ilə üz-üzə gələcək

161552

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyada "Bayer 04"ün qonağı olacaq.

"Bay Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında "Molde" Norveçdə İsveçin "Hakken" komandasını qəbul edəcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

III tur

23:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Horatsiu Fesnik (Rumıniya).

Leverkuzen. "Bay Arena"

Qeyd edək ki, "Bayer 04" və "Qarabağ" əvvəlki iki oyunda qələbə qazanıblar və 1-2-ci yerləri bölüşdürürlər. Qrupdakı digər iki kollektivin isə xalı yoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO