Xabi Alonso:

Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"

Hazırda oxunan: Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"

161520

“Qarabağ”ın yaxşı strukturu və təcrübəli futbolçuları var. Bu, oyuna maksimum ciddi yanaşmağımızı tələb edir. Bu oyun bizim üçün çox vacibdir. Biz meydana mütləq əsas heyətlə çıxacağıq". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah "Qarabağ"la qarşı keçirəcəkləri oyun üçün təşkil edilən mətbuat konfransında deyib. 

İspaniyalı mütəxəssis qrupun qalibi olmağı hədəflədiklərini bildirib:

"Əsas məqsəd sabahkı oyunda qələbə qazanmaqdır. Qələbə ilə qrupdan çıxmaq yolunda mühüm addım ata bilərik. Növbəti iki oyunda bunun açarı bizdə olacaq. Biz mümkün qədər tez irəliləmək istəyirik. Hər iki komandanın 6 xalı var. Bilirik ki, bu oyun bizim üçün nə qədər vacibdir. Qalib gələcəyimiz halda biz demək olar ki, qrupdan çıxacağıq". 

Xabi Alonso sabahkı matçda rotasiyalara gedəcəyini istisna etməyib. 41 yaşlı mütəxəssis qarşıda komandanı üç ağır oyun gözlədiyini də söyləyib:

"Amma ən ağır oyun sabahdır. Rəqibimiz yaxşı komandadır". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO