“Qarabağ”ın futbolçusuna Fransa və Səudiyyə Ərəbistanından TƏKLİF 

“Qarabağ”ın futbolçusuna Fransa və Səudiyyə Ərəbistanından TƏKLİF 

Hazırda oxunan: “Qarabağ”ın futbolçusuna Fransa və Səudiyyə Ərəbistanından TƏKLİF 

161478

"Qarabağ"ın futbolçusu Abdullah Zubir komandanı tərk edə bilər.  

Bizim.Media xəbər verir ki, 32 yaşlı vingerə təkliflər var. Bu barədə nüfuzlu “L'Équipe” nəşri məlumat yayıb.  

Təcrübəli ön xətt oyunçusunu Fransa çempionatında mübarizə aparan komandalardan biri transfer etmək istəyir.  

Bundan əlavə, Səudiyyə Ərəbistanının "Ər Riyad" klubu da Zubirin xidmətində maraqlıdır. Ərəblərin futbolçuya təklif göndərdiyi bildirilir. 

Qeyd edək ki, "Qarabağ" Abdullah Zubiri 2018-ci ilin yayında "Lans"dan transfer edib. Fransalı oyunçu cari mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO