\

\"Qəbələ\" \"Neftçi\"nin futbolçusu ilə MARAQLANIR 

Hazırda oxunan: \"Qəbələ\" \"Neftçi\"nin futbolçusu ilə MARAQLANIR 

161357

"Qəbələ" "Neftçi"nin futbolçusu Farid Yusifli ilə maraqlanır.  

Bizim.Media xəbər verir ki, U-21 yığma komandamızın kapitanı bölgə klubunun məşqçilər korpusunun diqqətini cəlb edə bilib.  

Adrian Mutunun şans vermədiyi futbolçunun oyun praktikası qazanmaq üçün Premyer Liqanın başqa klubuna icarəyə verilməsi də mümkündür. "Qəbələ”nin onu qışda, yoxsa yayda icarəyə götürəcəyi hələ ki, dəqiqləşməyib.
Yusiflinin xidmətində maraqlı olan tək komanda "Qəbələ" deyil. Premyer Liqada daha bir komanda Yusiflini istəyir. Onun hansı komandaya icarəyə veriləcəyi, ümumiyyətlə icarəyə verilib-verilməyəcəyi qışda dəqiqləşəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO