“Qarabağ”ın legioneri “Bayer”ə qarşı OYNAYA BİLƏR 

“Qarabağ”ın legioneri “Bayer”ə qarşı OYNAYA BİLƏR 

Hazırda oxunan: “Qarabağ”ın legioneri “Bayer”ə qarşı OYNAYA BİLƏR 

161313

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində oktyabrın 26-da keçiriləcək "Bayer"lə səfər matçına tam heyətlə hazırlaşır.  

Bizim.Media xəbər verir ki, millidən zədəli dönən monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin komandayla birgə məşq etməsi sevindirici məqamdır.  

Sadəcə, onun Leverkuzendəki görüşdə oynayıb-oynamayacağı artıq baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq.  

Eləcə də son vaxtlar zədəli olduqlarına görə millimizə çağırlmayan mərkəz müdafiəçiləri Bəhlul Mustafazadə ilə Bədavi Hüseynov haqda bunu deyə bilərik.

Ağdamlıların digər monteneqrolu legioneri - sağ cinah müdafiəçisi Marko Veşoviç isə bir müddətdir komandayla məşqlərə qatılsa da, hələ də oyun praktikasının azlığından əziyyət çəkir. Belə olan halda, onun "Bayer"ə qarşı oyunda meydana çıxması real görünmür. 
Xatırladaq ki, "Qarabağ" Bakıdakı hazırlığını başa vuraraq bu axşam Almaniyaya yollanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO