\

\"Qarabağ\" klubu oyunlarını Xankəndi futbol stadionunda keçirəcək? - VİDEO

Hazırda oxunan: \"Qarabağ\" klubu oyunlarını Xankəndi futbol stadionunda keçirəcək? - VİDEO

161286

Xankəndi futbol stadionu Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu informasiya AzTV-nin yayımladığı görüntülərdə yer alıb.

Xatırladaq ki, Xankəndi futbol stadionunun inşasına 1955-ci ildə başlanılıb və 1956-cı ildə istifadəyə verilib. İlk dəfə İosif Stalinin adı ilə adlandırılıb. Bir neçə il sonra isə azərbaycanlıların qatili Stepan Şaumyanın adı verilib. 1991-ci ildən onun tarixi adı "Xankəndi şəhər stadionu" kimi geri qaytarılıb.

Stadion 2023-cü ildə Azərbaycanın nəzarəti altına keçib.

Ağdamın "Qarabağ" klubu növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilməsi haqqında Azərbaycan mətbuatında məlumat yayılıb. Bunun üçün ilk növbədə stadionda müəyyən bərpa işləri həyata keçirilməsi planlaşdırılıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO