Şəkidə kross qaçışı üzrə ölkə çempionatı keçirilib - FOTO

Şəkidə kross qaçışı üzrə ölkə çempionatı keçirilib - FOTO

Hazırda oxunan: Şəkidə kross qaçışı üzrə ölkə çempionatı keçirilib - FOTO

161021

Bu gün Şəkidə kros qaçışı üzrə ölkə payız çempionatı keçirilib. 

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən atletlər mübarizə aparıb. 

Ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib.

Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Ələsgərli ölkə çemponu olub.

6 km məsafədə Bakı idmançısı Nihat Cabbarlı, 3 və 2 km-də isə müvafiq olaraq Gəncə atletləri Ümid İbrahimov və İsgəndər Əsgərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub.
4 km-də Naxçıvan idmançısı Aysu Abbasova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıb.
















Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO