“Mançester Yunayted”in əfsanəvi futbolçusu VƏFAT ETDİ 

“Mançester Yunayted”in əfsanəvi futbolçusu VƏFAT ETDİ 

Hazırda oxunan: “Mançester Yunayted”in əfsanəvi futbolçusu VƏFAT ETDİ 

160920

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Bobbi Çarlton bu gün 87 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.  

2020-ci ildə Çarltona demans diaqnozu qoyulub. Demans beyninin zədələnməsi ilə bağlı olan, psixi funksiyaların pozulmasına, yaddaş itkisinə, əvvəllər əldə edilmiş biliklərin və praktiki bacarıqların itirilməsinə səbəb olan xəstəlikdir. 
Bobbi İngiltərə tarixinin ən yaxşı futbolçularından biri hesab olunur. O, "Mançester Yunayted"lə 1966-cı ildə Dünya Kuboku çempionu, 1968-ci ildə isə Avropa Kubokunun qalibidir. Bundan əlavə, əfsanəvi ingilis futbolçu 1966-cı ildə “Qızıl top”un qalibidir. Çarlton həm də 1958-ci ildə "Mançester Yunayted" futbolçularının və məşqçi heyətinin ölümü ilə nəticələnən Münhen hava fəlakətindən sağ çıxanlardan biri idi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO