Həndbol üzrə Azərbaycan çempionatı yeni formatda keçiriləcək

Həndbol üzrə Azərbaycan çempionatı yeni formatda keçiriləcək

Hazırda oxunan: Həndbol üzrə Azərbaycan çempionatı yeni formatda keçiriləcək

160665

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək.  

Bizim.Media xəbər verir ki, yubiley çempionatında 7-si kişi, 6-sı qadınlardan ibarət olmaqla 13 komanda mübarizə aparacaq.  

Kişilərin 4 dövrədən, 20 turdan ibarət yarışı iki mərhələdə baş tutacaq. İlkin mərhələni əhatə edəcək 14 turda komandalar iki dəfə bir-biriləri ilə qarşılaşacaqlar. İkinci mərhələdə isə ilk 4 yerin sahibləri və 5-7-ci pillələrdə qərarlaşanlar dairəvi sistemlə iki dəfə üz-üzə gələcəklər.

Qadın həndbolçular da 10 turdan ibarət ilkin mərhələdə və daha 6 turu əhatə edəcək ikinci mərhələdə eyni sistemlə mübarizə aparacaqlar. Yarışın həlledici oyunlarında ilk “4-lük”də qərarlaşan komandalar və 4-6-cı yerlərin sahibləri münasibətlərinə aydınlıq gətirəcəklər.  
Ölkə çempionatına noyabrın 9-da qadınlardan ibarət “Azəryol” – “Gənclər Birliyi” görüşü ilə start veriləcək. Kişilərin mübarizəsi isə noyabrın 11-də “İdman Akademiyası” – “Dinamo” matçı ilə başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO