Klublar Komitəsinin yeni sədri müəyyənləşdi

Klublar Komitəsinin yeni sədri müəyyənləşdi

Hazırda oxunan: Klublar Komitəsinin yeni sədri müəyyənləşdi

160637

Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər. 

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə Klublar Komitəsinin sədri seçilib. 

Qeyd edək ki, buna qədər Klublar Komitəsinin sədri "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov idi.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO