Qara Qarayev Prezidentlə görüşü haqda paylaşım etdi

Qara Qarayev Prezidentlə görüşü haqda paylaşım etdi

Hazırda oxunan: Qara Qarayev Prezidentlə görüşü haqda paylaşım etdi

160629

“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev Prezident İlham Əliyevlə oktyabrın 17-də Füzulidəki görüşü haqda paylaşım edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı ilə fotosunu paylaşan futbolçu bunları yazıb:

“44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması cənab Prezidentin qətiyyətli, əzmkar fəaliyyətinin nəticəsidir. “Böyük Qayıdış” proqramının birinci mərhələsinin sonunda doğma Füzuli şəhərimizdə 22 min insan yaşayacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz nə qədər sevinsək də, şəhidlərimiz üçün daim göz yaşı tökəcəyik. Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizi böyük sevgi və fəxarət hissi ilə anırıq və daima da qürür hissi ilə yad edəcəyik”.

Qeyd edək ki, Q. Qarayev 1992-ci ildə Füzulidə anadan olub. O, uzun illər “Qarabağ”ın oyunçusu kimi meydana çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO